Haqqımda

Təhsil

  • 1980-1991

    Səməd Vurğun adına orta məktəb

    Astara, Azərbaycan
  • 1991-1997

    9 Eylül Universiteti, Tibb fakültəsi

    İzmir, Türkiyə
  • 1997-2003

    Ege Universiteti, Tibb fakültəsi, Ürək-damar cərrahiyyəsi, Doktorantura

    İzmir, Türkiyə
  • 2003

    Ege Universiteti, Tibb fakültəsi, Ürək-damar cərrahiyyəsi, Uzmanlıq diplomu müdafiəsi

    İzmir, Türkiyə
  • 2006

    Tibb elmləri namizədi alimlik dərəcəsi

    Bakı, Azərbaycan
  • 2007-2015

    Tibb elmləri doktoru alimlik dərəcəsi

    Bakı, Azərbaycan

İş təcrübəsi

  • 1997-2004

    Ege Universiteti, Ürək-damar cərrahiyyəsi Mərkəzi, Ürək-damar cərrahı

    İzmir, Türkiyə
  • 2004-2005

    Kent Xəstəxanası, Ürək-damar cərrahı

    İzmir, Türkiyə
  • 2005-2017

    Mərkəzi Neftçilər Xəstəxanası, Ürək-damar cərrahiyəsi şöbə müdiri, Ürək-damar cərrahı

    Bakı, Azərbaycan
  • 2017-2018

    Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Elmi Tədqiqat işləri üzrə direktor müavini

    Bakı, Azərbaycan
  • 2018-

    Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Rəis

    Bakı, Azərbaycan

Akademik fəaliyyəti

  • Ölkədə və xaricdə müxtəlif elmi nəşrlərdə və internet mənbələrində dərc olunmuş 75-dən elmi məqalələnin müəllifidir.
  • 1999-cu ildə Türkiyədə çap olunmuş “Aort Cərrahiyəsi” kıtabının həmmüəllifidir.
  • 2014-cü ildə  İtalyada çap olunmuş  “Trikuspid Qapaq Cərrahiyyəsi”  kitabında həmmüəllifdir.
  • 9000-dən çox açıq ürək əməliyyatı icra etmişdir. Regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba) yeni açılmış diaqnostik mərkəzlərdə 1400-ə yaxın açıq  ürək əməliyyatları aparmışdır.
  • Azərbaycanda və xarici ölkələrdə keçirilən 130-dan çox Beynəlxalq konfrans iştirakçı olmuş, məruzələrlə çıxış etmişdir. 40-dan çox Beynəlxalq və regional elmi-praktiki konfransın təşkil olunmasına rəhbərlik etmişdir.
  • 20-22 Noyabr 2014-cü il tarixləri arasında "20 Noyabr Ümumdünya Uşaqlar Günü”-nə həsr olunmuş "Children's hearts beat in Azerbaijan" (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda dörd qitəni (Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları iştirak etmişdir. Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycanda ilk dəfə olaraq ürək-damar xəstəliklərinə aid "Ürəklər susmasın" adlı sosial öhdəlikli video çarx hazırlanmış və konfransın rəsmi tədbirində nümayiş edilmişdir.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası (AHHA)

  • 7 Sentyabr 2005 tarixində Azərbaycan səhiyyəsinin inkişafında xüsusi rol oynamış nadir səhiyyə təşkilatçısı mərhum professor, o vaxtkı Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işləmiş Fəxrəddin Cavadovun təşəbbüsü, onun bilavasitə təşkilatçılığı və rəhbərliyi altında, habelə Raşad Mahmudovun, MNX-nın həkim-cərrahı Qulam Rüstəmzadənin yaxın iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası" təsis edilmişdir. Bu Assosiyasıyanın sədri vəzifəsinə də o zaman məhz doktor Rəşad Mahmudov layiq görülmüşdür. Daha sonra, 2010-cu ildə həmin İctimai birliyinin adı dəyişdirilərək, "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" adlandırılmışdır.

Milli Məclis

  • 2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.