Ürək şişləri

Blog

Ürək şişləri

Ürək şişlər dedikdə ürək səbəbli yaxud digər səbəblərdən qaynaqlanaraq yaranan xoş və bədxassəli şişlərdir.

ürəyin doğuşdan gələn toxumlarından başlayan şişlər əsas ürək şişləri (birincil xərçəngi) və qeyri-ürək bölgələrdən gələn, qanla və yaxud yaxın qonşu orqanlardan ürəyə çatan şişlər də orta ürək şişləri (ikincil ürək xərçəngi) adlanır. Bunlar xoş və bədxassəli şişlərdir. Ürək şişlərinin əksəriyyəti xoş xassəlidir.

Yetkinlərdə ən sıx rast gəlinən xoş xassəli şiş miksoma olsa da, angiosarkoma və rabdomiosarkoma ən geniş yayılan bədxassəli ürək şişidir. Şişləri təxminən 75%-i xoş xassəli, onların özlüyündə 50%-i isə miksomalardan ibarətdir.

Miksomalar yetişkinlərdə xoşxassəli şişlərin 50%-ni əhatə esə də, uşaqlarda nadirən görülür. Miksomamlı xəstələrin təxminən 5%-də irsi faktor özünü göstərir.

Ürəyin sporadik miksomaları qadınlarda daha çox (2-4 dəfə artıq) qeydə alınır. Miksomalar əsasən sol qulaqcıqda lokalizasiya olunur. Miksomalar selikşəkilli, bərk, paycıqlı quruluşa malik olur.

Bədxassəli ürək şişlərinə metastatik şişlər aid olub və ağciyər, süd vəzi şişləri, karsinoma, leykozlar nəticəsində baş verir. Simptomlara ürəyin qəflətən böyüməsi, ürək tamponadası, aritmiya, ürək çatmazlığı əlamətləri ilə özünü göstərir. İkincil ürək şişləri ürəyin öz toxumasından ortaya çıxmazlar, bunun əksinə ürəyə kənardan qan yolu ilə və ya anomatik olaraq yaxınlıq yolu ilə yoluxarlar.