Miokard infarkt

Blog

Miokard infarkt

Ürəyin hər hansı bir sahəsinə 15-20 dəqiqəlik qan axını dayanarsa həmin hissə fəaliyyətini dayandırar. Məhz Ürək əzələsinin bu ölü hissəsi miokard infarktı zonası adlanır.

Miokard infarktı koronar arteriya obstruksiyası və sonradan bu hissənin oksigen və qanla kifayət qədər təchiz olunmaması nəticəsində meydana gələn miokard sahəsinin nekrozudur. Nekrozun inkişafı ürəyin nasos funksiyasının aritmiyasına və ya çatışmazlığına səbəb ola bilər. Vəziyyət həmçinin digər orqanların periferik qan dövranını təsir edir və qan axınının pozulmasına gətirib çıxarır.

Obstruksiyanın ən geniş yayılmış səbəbi arteriyanın daxili divarında meydana gələn xolesterin lövhəsinin yırtılmasıdır. Bu vəziyyətdə, bir tromb meydana gəlir və arteriyanı bağlayır.

Miokard infarktının tipik bir əlaməti sinənin mərkəzində geniş sahəni əhatə edən və sıxıcı olaraq hiss olunan ağrıdır.

Miokard infarktı  adətən ÜİX-dən öncə yaranır. Miokard infarktının inkişafına səbəb koronar damarların spazmı, koronar arteriyaların aterosklerozu, koronar arteriyaların trombozu ola bilər.

Miokard infarktının inkişafına səbəblərinə obezitə, siqaret, arterial hipertenziya, yüksək xolesterol, şəkərli diabet, hipodinamiya, stress və emosional sarsıntılar, yaşlılıq, cinsi mənsubiyyət (kişilər qadınlara nisbətən daha çox xəstələnirlər) aid edilir.

Miokard inkarktının nə dərəcə təhlükəli olduğu ürək xəstəlikləri səbəbilə həyatını itirənlərin statistikasında aydın görülməkdədir. Statistikada yüksək yer tutması səbəbi ondan ibarətdir ki, Miokardın kəskin infarktı olan xəstələrin yalnız 50% xəstəxanaya çatdırıla bilir. Digər üzücü fakt ondan ibarətdir ki, xəstəlik artıq yaşlı insanlarda deyil, həyatının çiçəklənən dövründə belə insanları yaxalamaqdadır.