Aorta qapaq stenozu
Ürəyin sol qarıncığı ilə sol mədəcikdən çıxan və bütün vücudu qidalandıran ən böyük damar olan aorta damarı arasındakı qapaq aorta qapağıdır. Aortal çatışmazlığın əmələ gəlməsinə də məhz aorta qapaq taylarının natamam qapanması səbəb olur. Aorta qapaq darlığı adətən heç bir əlamətlə büruzə verməz. Yorğunluq ilkin simptomdur.
Lakin darlıq artıq müəyyən bir dəyərin üzərinə qalxarsa, xəstənin şikayətləri də başlayar. İrəliləyən aorta qapaq darlığı sinədə ağrı, başın fırlanması, huşunu itirmə kimi simptomlarla büruzə verir. Bu mərhələdən sonra müalicə edilməzsə, xəstənin həyatı təhlükəsi olduqca yüsələr, hətta 1 il içincə pasiyent həyatını itirə bilər.
Günümüzdə ürək əməliyyatlarının böyük bir qismi qapaq darlığı üçün aparılan əməliyyatlardır. Ekstra vəziyyət olmazsa və pasiyentin yaşı 70-i keçmirsə, əməliyyat riski 1%-di. Yox əgər xəstə daha yaşlı və müəyyən ağırlaşmış vəziyyət varsa, əməliyyat riski 4% təşkil edir.