Stenokardiya
Stenokardiya işemik ürək xəstəliyinin (İÜX) ən çox yayılan formalarından biridir. Stenokardiyanın xarakterik xüsusiyyəti, sinə ağrısı və nəfəs darlığıdır. Stenokardiya daha çox Kişilərdə rast gəlinsə də, qadınlarda da menopauza dövründə görülə bilər.
Stenokardiya “Döş inağı” adı ilə də tanınan adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır.
Bu zaman ürək damarlarının divarında xolesterin yığılır, damarlar daralır və ürək kifayət qədər qan almır. Nəticədə ürək qidalı maddələr və oksigenlə yaxşı təchiz olunmur.
Biləvasitə olaraq Stenokardiyanın səbəbi kimi ürək arteriayalarının aterosklerozu ( damar sərtliyi ) göstərilir. Lakin burada üzücü bir fakt odur ki, yaşlılarda görülən aterosklerozun gənclərdə çoxda görülməməsi onların stenokardiya ola bilməyəcəyi demək deyil. Çünkü gənclərdə baş verən stenokardiyanın səbəbi aterosklerozdan daha çox ürək damarlarının spazmı (sıxılması) olur.
Xəstəliyin risk faktorları arterial təzyiq, xolesterol metabolizmasının pozulması, şəkərli diabet, qeyri-aktiv həyat tərzi, tütün istifadəsi, spirt, stress, irsi meylilik və digər səbəblərdir.