Mitral qapaq çatışmazlığı
Ürəkdə daha ağır iş yükü olan mitral qapaq bəzən müxtəlif səbəblərdən işini yerinə yetirə bilmir və çatışmazlıq yaranır.
Mitral qapaq ağciyərlərdən təmizlənərək gələn qanın sol qulaqcığa keçməsinə şərait yaradar. Mitral qapaq çatışmazlığında isə ürəyin sıxılması əsnasında mitral qapağın bağlana bilməyib ürəkdən vücuda qanı paylayan aorta damarına getməli olan qanın bir hissəsinin sol qulaqcığa geri qayıtması səbəbindən yaranar.
Xəstəlik başlanğıcda heç bir əlamət verməz, irəlilədikcə simptomlar ortaya çıxar. Bu mərhələdə ürəyin vücuda ötürdüyü qan miqdarında azalma meydana gələr. Ürək bu azalmanı qarşılamaq üçün daha çox işləyər və daha tez yorular. Bu da ürəyi yorar. Yorğunluq, idman əsnasında nəfəs darlığı, gecə hava çatışmazlığına bağlı oyanma əsas simptomlardandır.
Belə xəstələrə cərrahi olaraq qapaq dəyişdirilməsindən çox, qapaq təmiri tövsiyyə edirik.
Mitral qapaq çatışmazlığı zamanı qapaq təmirinin ən yaxşı üsul olduğu məlumdur. İstər revmatizmal istərsə də degerenativ səbəblərdən olsun – Mitral qapaq mütləq təmir edilməlidir.
Qapaq dəyişdirilməsindənsə, qapaq təmiri daha az laxtalanmaya səbəb olar və daha uzun ömür vəd edər.
Mitral qapaq təmiri əməliyyatı döşün aşağısından kiçik kəsiklə həyata keçirilir. Endoskopik kamera ilə sahə görüntülənir. Minimal invaziv mitralqapaq əməliyyatları arasında yara izinin görünməməsi, ağrı, qanama və infeksiya riskinin aşağı olması ilə, günlük yaşam sürəti və daha az qanehtiyyacı əsas üstünlükdür.