Qəfləti koronar ölüm

Blog

Qəfləti koronar ölüm

Qəfləti ürək dayanması ölüm səbəbləri arasında ilk sıradadır. Amerikada aparılan statistikada il ərzində müşahidə olunan ani ürək dayanması səbəbli ölümlərni sayı 300-400 mini əhatə edir. Almaniyada hər gün orta hesabla 300 nəfər  qəfləti ölümlə həyatını itirir. Qonşu ölkə Türkiyədə bu say təxminən 70-minə çatıb. Özəlliklə də, son zamanlar gənc idmançılarda qəfləti ölümlərin müşahidəsi bu problemin aktuallığını bizə xatırladır.

Qəfləti ürək ölümü ilə qəfləti koronor ölüm fərqli terminlərdir. Yuxarıda da qeyd edildiyi kimi qəfləti ürək ölümüdaha geniş bir anlayışdır. ÜİX-nin bununla heç bir əlaqəsi olmur.

Qəfləti koronor ölüm isə ÜİX-dən qaynaqlanan və onun ağırlaşmış variantıdır.

Təəssüf ki, qəfləti koronor ölümdə ilkin simptomun büruzə verməsindən sonra 1 saat ərzində xəstə həyatını itirir. Bu zəif, bəzən də özünü heç büruzə verməyən simptomlara zəiflik, döş qəfəsində ağrılar, əhval-ruhiyyənin pozulması aid edilir.