Anadangəlmə ürək qüsurları
Anadangəmə ürək qüsurları ən çox yayılan doğum defektidir. Anadangəlmə ürək qüsuru körpə bətndə olarkən baş verən problemlər səbəbindən yaranar və körpənin ürəyinin strukturuna, çalışma mexanizminə mənfi yöndə təsir edər.
Təəssüf hissi ilə qeyd edə bilərəm ki, bugün anadangəlmə ürək qüsurları tendensiya halını almışdır və təxminən 4 uşaqdan 1-i ürək qüsuru ilə doğulur. Buna səbəb hamiləlik əsnasında ananın zərərli vərdişləri, dərman preparatları, ananın infeksion xəstəlikləri, ananın yaşı və digər bu kimi önəmli nüaslardır.
AÜQ əlamətləri və simptomları qüsurun növü və şiddətindən asılıdır. Bəzi qüsurlar az və ya heç bir əlamətsiz ola bilər. Digərləri aşağıdakı simptomlarla özünü büruzə verir :
- Göyərmiş dırnaqlar və ya dodaqlar
- Tez-tez nəfəs alma və ya nəfəs darlığı
- Qidalanma zamanı yorğunluq
- Tez-tez tərləmə
- Az çəkili doğulma
- Yuxululuq
AÜQ-nın müalicəsi də eynən qüsurun növü və şiddətindən asılıdır. Bəzi körpələr və uşaqlar ürək və ya qan damarlarının bərpası üçün bir və ya daha çox əməliyyata ehtiyac duya bilərlər. Bunlardan bəziləri isə ürək kateterizasiyası adlı bir prosedur ilə cərrahi müdaxilə olmadan müalicə edilə bilər.