Ateroskleroz
Ürək-damar sistemi xəstəliklərinin əsas səbəbinin damar sərtliyi olduğu məlumdur. Ateroskleroz adı verilən damar keçməzliyi zamanı arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (əsasən xolesterin) yığılması baş verir, damar divarı daralmağa başlayır və nəticədə ürək, beyin yaxud digər üzvlərin qanla təchiz olunması pisləşir. Nəticə etibarı ilə arteriyanın divarı qalınlaşır, elastikliyini itirir.
Aterosklerozda arteriyaların daralması və ya aterosklerotik fonda inkişaf edən tıxanma nəticəsində arteriyadan keçən qan miqdarı azalır və oksigenlə ürək ehtiyacını təmin edə bilməz (işemiya). Oksigenin çatışmazlığı sinənin arxasında hiss olunan ağrıya səbəb olar (stenokardiya). Qan axını bərpa edilmədikdə, qidalanması pozulmuş ürək əzələsinin hüceyrələrində geri dönülməz nekroz və miokard infarktı ortaya çıxar.
Ateroskleroz, ürəyimiz başda olmaqla ayaq damarlarına, beynə, böyrəklərə və ümumilikdə bÜtün orqanlarımıza zərər verə bilər.