Ürəyin işemik xəstəliyi
Koronor yəni ürəyi qidalandıran damarları tıxayan problemlərdən qaynaqlanan xəstəliklərə - Ürəyin işemik xəstəlikləri (ÜİX) deyilir. Koronar arteriyaların piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur. Nəticədə ürəyiniz daha az oksigen və qidalı maddələr alır.
Damar sərtliyi adı ilə tanınan ateroskleroz da damarlarda qanın axımını əngəlləyir. Qan axımının əngəllənməsi ilə ortaya çıxan yorğunluq özü ilə bır sıra ağrılar gətirir.
Damarın təmamən tıxanması ilə yanaşı həyatı təhlükə altına salan və ölümlə nəticələnən "inkarkt" meydana gələr.
Bypass yaxud Koronar şuntlama kimi də tanınan əməliyyat– ürəyin işemik xəstəliyinin radikal müalicə üsullarından ən effektivi hesab olunur. Belə ki, bu əməliyyat xəstələrə daha uzun ömür, daha komfortlu və təhlükəsiz həyat bəxş edir.